Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 703 min 142-dir

Dekabrın 6-da Azərbaycanda 154 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 3 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 703 min 142, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 593 min 286 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 11 min 172 nəfər təşkil edir.