Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 224 min 605-dir

Dekabrın 27-də Azərbaycanda 21 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 2 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 224 min 605, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 157 min 956, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 662 min 29 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 404 min 620 nəfər təşkil edir.