Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Türk.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsalia, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ramiz Həsənov başçılıq edib.

Məsləhətləşmələrdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

L.Darsalia məsləhətləşmələr çərçivəsində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşəcək.