Azərbaycan mədəniyyətini təbliğ edəcək portalın təqdimat mərasimi keçiriləcək

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan mədəniyyətini təbliğ edəcək portalın yaradılması“ layihəsi sona çatmışdır.

Layihə nəticəsində yaradılmış  www.azerbaijanculture.info Azərbaycan mədəniyyətini təbliğ edəcək portalın təqdimat mərasimi Zoom platforması üzərindən 30 aprel 2022-ci il tarixdə Bakı vaxtı ilə saat 20.00-da təşkil ediləcəkdir. Tədbir bütün iştirakçılar üçün açıqdır.

Təqdimat mərasimində iştirak etmək istəyənlər aşağıda göstərilən linkdən tədbirə qatıla bilərlər.

https://us02web.zoom.us/j/89282321163?pwd=WElsYnNFUGY3NTQ4YTU0QitSaUwvQT09

ID: 892 8232 1163
Şifrə: 947957
Zaman: 30 aprel 2022-ci il saat 20:00 Bakı vaxtı ilə