Azərbaycan Dövlət İqtisad Universitetinə yeni prorektorlar təyin olunub

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektorlar təyin olunub

“Report” xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, universitetin Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayev Tədris və təlim texnologiyaları üzrə, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru dosent Raqif Qasımov isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin edilib.