Azərbaycan bankları ipoteka kreditləşməsi üçün yeni limitləri aktivləşdirib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.

“Report” xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.

Xatırladaq ki, bu il İKZF-nin vəsaiti hesabına təxminən 3 min Azərbaycan vətəndaşına 230,7 milyon manat adi və güzəştli kredit verilib. Son nəticədə dövlət xətti ilə kredit almış vətəndaşların sayı 39,7 mini, kreditlərin ümumi məbləği isə 2 227 milyon manatı keçib.