Axtarışda olan altı terrorçu öldürüldü

Tunceli-Ovaciqda həyata keçirilən əməliyyat zamanı 6 terrorçu öldürülüb.

Türk.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda qeyd edilir ki, adı çəkilən ərazilərdə 6 terrorçu öldürülüb, hazırda əməliyyatlar davam etdirilir: “Öldürülən terrorçulardan biri – İlkər Tezer terror təşkilatının region üzrə cavabdeh şəxsi olub. O, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən “bürünc siyahı” üzrə axtarılırmış”.

ƏvvəlkiGürcüstanı NATO-ya qəbul etsəniz
NövbətiHərbi hissələrdə andiçmə mərasimi olacaq