Avstriya şirkəti Azərbaycanın dəmir yollarından istifadə etmək istəyir

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib.

Cəmiyyətin sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması,
respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin
yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki,
Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında
aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat
Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin
genişləndirilməsi iştirakçı dövlətlərlə yanaşı, bu layihələrin imkanlarından
istifadə etmək istəyən digər ölkələrin inkişafında da əhəmiyyətli rol
oynayacaq.
Sonra Avstriyanın “Rail Cargo Group” şirkətinin Şərq-Qərb istiqaməti üzrə
yükdaşımaları üçün Azərbaycan üzərindən Asiya bazarlarına və geriyə
çıxışın əldə edilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olunub.
Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas
Karql bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o
cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi bu əlaqələrin
intensivləşdirilməsində, infrastuktur layihələrinin icrasında iştirak etməyə
maraqlıdır.
Görüşdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru
Taleh Ziyadov və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak
ediblər.

ƏvvəlkiSumqayıt polisi əməliyyat keçirdi, saxlanılanlar var
NövbətiİTV-nin yıxılan əməkdaşının vəziyyəti barədə rəsmi məlumat