Avropa İttifaqı ilə saziş bu ay da imzalanası olmadı- AZƏRBAYCANDAN TƏLƏBLƏR NƏDİR?

Aprelin 23-də Avropa Komissiyasının ticarət nümayəndəsi Petros Sormelisin başçılıq etdiyi Avropa İttifaqının nümayəndə heyəti Azərbaycana gələcək.

Bu barədə “Report”a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Denis Danilidis deyib.

O, səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi çərçivəsində ticarətlə bağlı məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin mətni üzərində gərgin iş gedir: “Azərbaycanla yeni saziş üzərində çalışmaların 90 faizindən çoxunun tamamlandığını deyə bilərəm. Ötən həftə hər gün danışıqların mərhələləri keçirilirdi. Məqsədimiz bu işi mümkün qədər tez başa çatdırmaqdır. Danışıqları davam etdirmək üçün Azərbaycana daha bir nümayəndə heyətinin səfər edəcəyi gözlənilir.

Mayın 13-14-də isə Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində 10 illik əməkdaşlığın nəticələri və gələcəyi müzakirə ediləcək. Bu sammitdə də Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli danışıqların baş tutması nəzərdə tutulur”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin açıqlamasından bu nəticəyə gəlmək olar ki, Azərbaycanla tərəfdaşlıq sazişi may ayında imzalanmayacaq.

Gununsesi.org xatırladır ki, Azərbaycanla Aİ arasında imzalanması gözlənilən sazişin baş tutmaması bir sıra məsələlərlə bağlı olub.

Avropa Parlamentinin bu sazişi ratifkasiya etməsi üçün bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb etməsi, həmçinin, ölkədə real məhkəmə -hüquq islahatları, o cümlədən ifadə azadlığının təminatı əsas şərtlərdən biridir. Bu məsələdə isə Azərbaycan hakimiyyətinin dirəniş göstərməsi sazişin ləngimisinə səbəb olub.

Bundan başqa Avropa İttifaqı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasını israrla tlələb etsə də Azərbaycan hökuməti tələsmək istəmir.

Gununsesi.org

ƏvvəlkiEkspertlər: “Azərbaycan Prezidentinin mühüm liderlik keyfiyyətləri beynəlxalq birliyin ölkəyə etimadını daha da artırıb”
NövbətiElmar Məmmədyarov Polşada Xalq Cümhuriyyəti ilə bağlı xatirə lövhəsinin açılışı mərasimində iştirak edib