Avropa İttifaqı Bosniya və Herseqovinadakı qaçqın düşərgəsini ləğv etməyi tələb edir

Avropa Birliyi ölkələrinin rəhbər nümayəndələri Bosniya və Herseqovinadakı Vujçak qaçqın düşərgəsini ləğv etməyi tələb edir.

AZƏRTAC xəbər verir ki, sözügedən düşərgədəki şəraitin insan həyatı üçün yararsız olduğu dəfələrlə təkrarlansa da, ölkə rəhbərliyi hansısa dəyişikliyi etməkdə aciz qalıb.

Vətəndaş müharibəsi dövründə minalanmış ərazidə yerləşən bu düşərgədə havalar soyuduqca vəziyyət daha da dözülməz hal alıb. Lakin sərhədlərini bağlayan qonşu ölkələr miqrantları qəbul etmədikcə Bosniya və Herseqovina çarəsiz durumda qalır. Habelə miqrantlarla yerli əhali arasında da mütəmadi olaraq problemlər yaşanır.

ƏvvəlkiAzərbaycan və Çin arasında nəqliyyat üzrə işçi qrupu yaradılır
NövbətiAlmaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə şok faktlar