Avropa çempionatı: Azərbaycanın idman gimnastı finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov Türkiyənin Antalya şəhərində start götürən Avropa çempionatında finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, 27 yaşlı idmançı halqalarla hərəkətlərdə hakimlərdən 14.666 xal alıb.

Bu nəticə ilə təsnifat yarışlarını 6-cı pillədə tamamlayan Simonov həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, qitə çempionatına aprelin 16-da yekun vurulacaq.

ƏvvəlkiSərhəddə təxribat törədən 4 erməni hərbçi məhv edilib
NövbətiKanada Rusiyaya qarşı sanksiyaları genişləndirib