AVRO-2020: UEFA təşkilatçı şəhərlərin sayını azaltdı

UEFA Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı yekun qərarını açıqlayıb.

“Report”un məlumatına görə, Avropa futbol qurumu İrlandiyanın paytaxtı Dublinin və İspaniyanın Bilbao şəhərinn oyunlara ev sahibliyi etməyəcəyini rəsmən bəyan edib.

UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında Almaniyanın Münhen şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyini təsdiqləyib.

Bilbaodakı oyunlar Sevilya şəhərindəki “Estadio La Cartuja” stadionunda olacaq. Burada E qrupunun 3 matçı və 1/8 final mərhələsinin 1 oyunu gerçəkləşəcək. Stadionun 30 faizi azarkeşlərlə dolacaq.

E qrupunun digər 3 oyunu isə Dublindən alınaraq Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub. Burada gerçəkləşməli olan 1/8 final mərhələsinin bir gürüşü isə Londondakı “Uembli” stadionuna verilib.

ƏvvəlkiAzərbaycan xalçaları “Euronews” telekanalında
NövbətiYAP İdarə Heyəti MSK üzvlüyünə namizədləri təsdiqləyib