AVRO-2020: İspaniya yarımfinala yüksəldi

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.

“Report”un məlumatına görə, günün ilk oyunu İspaniya və İsveçrə komandaları arasında baş tutub.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

3 qat Avropa çempionu 8-ci dəqiqədə Denis Zakarianın öz qapısına vurduğu qolla hesabı açıb. İlk hissə ispanların minimal hesablı qələbəsi ilə bitib. 68-ci dəqiqədə Cerdan Şakiri bərabərlik qolunu vurub. 77-ci dəqiqədə İsveçrə yığmasından Remo Froyler Jerar Morenoya qarşı kobudluq edib və qırmızı vərəqə alaraq meydandan qovulub.

Əlavə vaxtın hər iki hissəsində qapılara qol vurulmayıb. İspaniya penaltilər seriyasında daha dəqiq oynayıb – 3:1.

Komanda yarımfinalda Belçika – İtaliya cütünün qalibi ilə görüşəcək. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda keçiriləcək.

Əvvəlki13 nəfərlik erməni terrorçu dəstənin məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək
NövbətiDövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında növbəti məzun buraxılışı keçirilib