Avro-2020: İspaniya millisi dörddəbir final mərhələsinə vəsiqə qazanıb

İspaniya millisinin futbolçuları Avropa çempionatının 1/8 final mərhələsində Xorvatiyanı əlavə vaxtda məğlub edib.

Trend-in məlumatına görə, Kopenhagendə keçirilən oyun 5:3 hesabı ilə başa çatıb.

Görüşün əsas vaxtı 3: 3 hesabı ilə başa çatıb. İspaniya millisində qolları Pablo Sarabya (38-ci dəqiqə), Sesar Aspilikueta (57) və Ferran Torres (77) vurublar. Unai Simonun qapısına qolları Pedri (20, avtoqol), Miroslav Orşiç (85) və Mario Paşalıç (90 + 2) vurublar.

Əlavə vaxtda Alvaro Morata (100) və Mikel Oyarsabal (103) fərqləniblər. Matç hazırkı turnirdə ən məhsuldar oldu.

ƏvvəlkiPrezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini təbrik etdi
NövbətiADA Universitetində “Məzun günü” tədbirləri təşkil edilib