Avqustun 27-dən 9 illik təhsil bazasında orta ixtisas məktəblərinə sənəd qəbulu başlanacaq

Avqustun 27-dən 9 illik təhsil bazasında orta ixtisas məktəblərinə sənəd qəbulu başlanacaq. Sentyabrın 5-dən isə ali təhsil müəssisələrinin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlanacaq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə, həmçinin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlara ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək. DİM-in Direktorlar Şurasının sədri avqustun 23-də II və III, avqustun 24-də I və IV ixtisas qrupları üzrə abituriyentlərin suallarını cavablandırıb.

ƏvvəlkiAzərbaycan idmançıları gələn həftə I MDB Oyunlarına yollanacaq
NövbətiPrezident Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin mənzillə təmin olunması haqqında sərəncam imzalayıb