AVF İB-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman yeni təyinat alıb

Almaniyanın Fridrihshafen şəhərində kişi voleybolçuları arasında Çempionlar Liqasının oyunu keçiriləcək. E qrupunun “Rozelar”la (Belçika) qarşılaşmasına Azərbaycan Voleybol Federasiyası İB-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman təyinat alıb.
Avropa Voleybol Konfederasiyası (CEV) təmsilçimizi dekabrın 4-də baş tutacaq görüşə supervayzer təyin edib. İlk tur çərçivəsində keçiriləcək oyun “Fridrihshafen Arena”da olacaq.

ƏvvəlkiAzərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olunub
Növbəti“Bakutel 2019” sərgisində “Əşyaların interneti” həlləri təqdim ediləcək