Avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasına möhtəşəm atəşfəşanlıqla yekun vurulub

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou təqdim edilib.

Sonra flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra səmaya dilək şarları buraxılıb.

Konsert proqramı ilə davam edən tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, iki gün davam edən reqatada Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparıb. Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan birinci olub. Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

ƏvvəlkiKubada oteldə partlayışda ölənlərin sayı artıb
NövbətiXalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub