Atışma hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda baş verən atışma hadisəsini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumatda deyilir.

Qeyd edək ki, bu gün Bakıda atışma olub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Hadisə nəticəsində 2 nəfərin güllələndiyi bildirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Bakıda odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin yaralanması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə əməliyyat qrupu göndərilib. Faktla bağlı araşdırma aparılır

ƏvvəlkiMüdafiə Nazirliyi məlumat yayıb
Növbəti“Azərsu” ASC içməli suyun qiymətinin artırılması ilə bağlı təşəbbüslə çıxış etmək istəyir