Atəşkəs rejimi 25 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

ƏvvəlkiAzərbaycanda qəbirlərin ətrafının hasara alınması və başdaşı hündürlüyünün 1 metrdən yuxarı olması qadağan edilib
NövbətiGün ərzində 121 cinayət faktı qeydə alınmışdır