Atəşkəs rejimi 24 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ƏvvəlkiDeputatlığa namizəd, “Qarabağa gedirəm, Qarabağda bizi gözləyən torpağlarımızı azad etmək üçün gedirəm!” şuarı ilə seçkilərə qatılan Sərraf Orucovun təbliğat və təşviqat komitəsinin növbəti iclası keçirildi
NövbətiAzərbaycanda zəlzələ olub