Astara stansiyasının yolları və yoldəyişənləri əsaslı təmir olunur

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Astara stansiyasında 6 stansiya yolunun və 10 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə start verilib. 

təmirinə start verilib. Stansiya parkının əsasını təşkil edən bu yolların hər birinin uzunluğu 950 metrdən ibarətdir. Şimal–Cənub layihəsi çərçivəsində icra edilən işlərə uyğun olaraq, stansiyada yolların tam hazır vəziyyətə gətirilməsi zərurətdən doğur.

Gələcəkdə bu istiqamətdə yük daşımalarının intensiv xarakter alacağına əsaslansaq, deməli təhlükəsiz daşınmalar üçün əsaslı bazanın olması çox vacibdir və dəmir yolu rəhbərliyi bu əməli işə böyük önəm verir.

Qeyd edek ki, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin kollektivi həyata keçirir. İşlər mərhələli şəkildə icra olunmaqla qısa zaman ərzində başa çatdırılacaq.

ƏvvəlkiSEULDA İKİTƏRƏFLİ GÖRÜŞLƏR KEÇİRİLİB
NövbətiAzərbaycanda ilk dəfə qadın maşinist işə götürülüb