“Arsenal” – “Qarabağ” oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb

İngiltərədə “Arsenal” və “Qarabağ” komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.

“Report”un oyunu izləyən əməkdaşı xəbər verir ki, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.

O, əlində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağını tutaraq, “Qarabağ” futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ƏvvəlkiNursultan Nazarbayev KTMT rəhbəri postuna Belarusdan olan namizədi dəstəkləyib
NövbətiAtəşkəs rejimi 26 dəfə pozulub