Argentinada 6,2 bal gücündə zəlzələ baş verib

Argentinanın Santyaqo-del-Estero vilayətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri təxminən El Oyo şəhərindən 23 km şimalda yerləşib. Zəlzələnin ocağı 611 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.