Aprelin 9-u üçün teledərslərin cədvəli müəyyənləşdirilib

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 9-u üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Bu barədə Türk.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, həmçinin nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Əvvəlki“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb
NövbətiOnlayn sosial etibarnamənin tətbiqinə başlanılıb