Aprelin 15-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub

Aprelin 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 549 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 659, ikinci doza vaksinlərin sayı – 521, üç və daha çox doza vaksinlərin sayı – 5 min 928, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 441-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 582 min 353, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 333 min 499, ikinci mərhələ üzrə 4 milyon 835 min 459, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 177 min 699, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 235 min 696-dır.