Aparat rəhbəri seçki kampaniyasına başlayıb

44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Ümid Partiyasının deputatlığa namizədi, partiyanın İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyevin seçki kampaniyasına start verilib.

Taleh Əliyevin Seçki Qərargahından verilən məlumata görə, yanvarın 22 və 23-də Sumqayıt şəhərinin 20 və 21-ci məhəllələrində yaşayan seçicilərlə qapı-qapı görüşlər təşkil olunub.

Taleh Əliyevin iştirakı ilə keçrilən görüşlər seçicilərdə böyük rəğbət hissi yaradıb. Onlar 9 fevralda seçki məntəqələrinə gedərək Ümid Partiyasının deputatlığa namizədinə səs verəcəklərini bildiriblər.

ƏvvəlkiNaqif Həmzəyev seçiciləri daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
NövbətiAzərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb