Anqolada məhkəmə eks-prezidentin qızının 1 milyard dollarlıq aktivlərinə həbs qoyub

Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Xose Eduardo duş Santuşun böyük qızı İzabel duş Santuşun 1 milyard dollarlıq aktivlərinə həbs qoyulması barədə qərar çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “Jornal de Angola” məlumat yayıb.

Məlumata görə, məhkəmə qərarını əsaslandıraraq qeyd edib ki, bu addım BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atılıb. İzabel duş Santuşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib.

Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.

ƏvvəlkiDekabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 365 doza vaksin vurulub
NövbətiAzərbaycan Dillər Universitetində Çinin Dunçji bayramı qeyd olunub