Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib

Ankarada Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşüblər.

Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

ƏvvəlkiBaş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub
NövbətiAzərbaycanda koronavirusa yoluxma sayında artım oldu