Amerikalı xokkeyçi oyunda aldığı ağır zədə nəticəsində həyatını itirib

Britaniyanın “Nottingham Panthers” komandasının amerikalı xokkeyçisi Adam Conson Böyük Britaniyada keçirilən xokkey oyunu zamanı baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

AZƏRTAC ölkənin yerli KİV-nə istinadla xəbər verir ki, Britaniya Xokkey Liqası çərçivəsində “Şeffild Stilers” komandası ilə keçirilən oyun zamanı baş verən toqquşma nəticəsində xokkey xizəyinin ülgücü A.Conson boğazını kəsib. Nəticədə oyun dayandırılıb, 8000 tamaşaçı arenadan çıxarılıb. Buz meydançasında oyunçuların dövrəyə aldığı yaralı xokkeyçiyə isə ilkin tibbi yardım göstərilib.

29 yaşlı A.Conson təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

ƏvvəlkiAzərbaycan Türkiyədə keçirilən beynəlxalq sənət konfransda təmsil olunub
NövbətiPrezident İlham Əliyev Cümhuriyyət bayramı ilə əlaqədar verilən rəsmi ziyafətin iştirakçılarına təbrik ünvanlayıb