Amerikalı müğənni Tina Törner vəfat edib

Dünyaşöhrətli amerikalı müğənni, aktrisa və rəqqasə Tina Törner 83 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə müğənninin sözçüsü məlumat yayıb.

“Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib”, – deyə müğənninin sözçüsü bildirib.

ƏvvəlkiAzərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb
NövbətiMİQ imtahanı iştirakçılarının nəzərinə