AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib

AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda, həmçinin AMEA-da aparılan ekspedisiyaların müəyyənləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə ekspedisiyaların təşkili üzrə komissiya yaradılması qərara alınıb.

Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki Şuranın yaradılması və akademik Vahid Hacıyevin 95 illik yubileyinin qeyd edilməsi haqqında qərarlar qəbul edilib.

Sonda AMEA-nın Ümumi yığıncağına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub və tapşırıqlar verilib.

ƏvvəlkiAzərbaycanda daha 4 nəfər koronavirusa yoluxub
NövbətiPrezident İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub