Almaniya kansleri Rusiya ilə bağlı Çinə xəbərdarlıq edib

Almaniya kansleri Olaf Şolts Ukraynadakı müharibədə Rusiyaya silah dəstəyi verməməsi üçün Çinə xəbərdarlıq edib.

“Report” “Röyters”ə istinadən xəbər verir ki, o, Çinin Rusiyaya silah göndərməsinin yolverilməz olduğunu deyib.

“Pekin, həmçinin qoşunlarını Ukrayna ərazisindən çıxarmaqla bağlı Moskvaya təzyiq göstərməlidir”, – hökumət başçısı vurğulayıb.

O.Şolts daha əvəl Çinin Ukrayna ilə bağlı sülh planını tənqid etmişdi.

Qeyd edək ki, müxtəlif ölkələrin kəşfiyyat məlumatlarına əsasən Çin Rusiyaya silah verməyə hazırlaşır.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb
NövbətiPrezident İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentini qəbul edib