Aleksandr Lukaşenko Belarusun yeni Baş Nazirini təyin edib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin yeni Baş Nazirini təyin edib.

AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə Prezidentinin sərəncamı ilə Roman Qolovçenko Belarusun yeni Baş Naziri təyin olunub. Buna qədər o, Belarus Hərbi Sənaye Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, iyunun 3-də Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin buraxılması haqqında qərar verib.