Bolqarıstanın Baş naziri istefa verəcək

Bolqarıstanın Baş naziri Nikolay Denkov əvvəlcədən razılaşdırılmış rotasiya çərçivəsində martın 6-da vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Nikolay Denkov bu barədə Münxen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə açıqlama verib.

“Martın 6-da mən istefa verəcəyəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək”, – deyə Nikolay Denkov bildirib.

O qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi hələ də açıq qalır.

ƏvvəlkiDağlıq ərazilərdə qarın yarada biləcəyi fəsadlar aradan qalxmayıb
NövbətiŞəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib