Albaniya Prezidenti Bayram Beqay Azərbaycana işgüzar səfərə gəlib

Albaniya Respublikasının Prezidenti Bayram Beqay  martın 11-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, martın 12-də Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Nizami Gəncəvi Forumunun iştirakçıları, həmçinin Albaniya prezidenti də iştirak edəcək.

Əvvəlkiİranın Xuzistan əyalətində çoxlu sayda tələbə qızın zəhərləndiyi bildirilir
NövbətiTanzaniyada mədəndə baş verən subasma nəticəsində 8 nəfər ölüb