Alban-udi dini icmasının nümayəndələri “Xudavəng” məbədini ziyarət ediblər

Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə Kəlbəcər rayonunda “Xudavəng” məbədini ziyarət ediblər.

“Report”un Kəlbəcər rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı münasibətilə monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar.

Səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri də iştirak edirlər.

ƏvvəlkiPrezident İlham Əliyev Səudiyyə Ərəbistanı Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb