Aktau limanından indiyədək 559 azərbaycanlı Vətənə yola salınıb

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 36 vətəndaşımız ölkəmizə göndərilib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” (11 nəfər), “Professor Gül” (21 nəfər), “Balakən” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 virusu ilə bağlı testdən keçiblər.

Bu günə qədər Aktaudan ümumilikdə 559 vətəndaşımız gəmi vasitəsilə ölkəmizə yola salınıb.

Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

ƏvvəlkiBakıda məcburi köçkünlərin məskunlaşdığı tikili yanıb
NövbətiAtəşkəs rejimi 57 dəfə pozulub