Akrobatika gimnastlarımız FIG kubokuna layiq görülüblər

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılıb.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Polşanın Jeşuv şəhərində keçirilən dünya kuboku yarışlarında mübarizə aparan Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz cari ildə iştirak etdiyi üç dünya kuboku turnirində topladıqları ən yüksək nəticənin cəminə əsasən, FIG kubokuna layiq görülüb.

Dünya çempionatının gümüş mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz Polşada təşkil olunan dünya kuboku yarışlarında çoxnövçülük proqramında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

ƏvvəlkiRusiya Prezidenti Türkiyəyə səfər edəcək
NövbətiPrezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər