Aİ Ukrayna hərbçilərinin Polşada təlimi üçün daha 45 milyon avro ayıracaq

Avropa İttifaqı Ukrayna hərbçilərinin Polşada təlim keçməsi üçün əlavə 45 milyon avro ayıracaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel deyib.

Onun sözlərinə görə, müharibə başlayandan hərbi yardımın ümumi məbləği 49 milyard avroya çatıb.

Borel, həmçinin Avropa Sülh Fondundan Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın yeni tranşının ayrılmasına dair razılaşmanı təsdiqləyib.