Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə İsveç sədrliyi tviterdə məlumat yayıb.

“Paketə daxildir, məsələn: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırılmış tədbirlər; Rusiyanın dezinformasiyasına qarşı tədbirlər”, – tvitdə qeyd olunub.

ƏvvəlkiTürkiyənin daha bir şəhərində zəlzələ olub
Növbətiİstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub