Ağdaşda yabanı halda bitən küllü miqdarda narkotik məhv edilib

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən  narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ağdaş  Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ağzıbir kənd sakininə məxsus torpaq sahəsində ümumi çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.

ƏvvəlkiCəbhədə son durum
NövbətiTürkiyə təyyarəsi qəzaya uğradı: ölən var