Ağalı kəndində polis sahə məntəqəsi yaradılıb

Ağalı kəndində Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.

Bu barədə “Report”a DİN-dən bildirilib.

Qeyd olunub ki, iyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Məntəqənin yaradılmasında məqsəd asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunmasıdır. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar.

Əvvəlkiİkinci Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi keçirilib
NövbətiCüdo üzrə Azərbaycan millisi EYOF-da növbəti qızıl medalı qazanıb