ADAU-da “Biotəhlükəsizlik və mikrobiologiya” terminləri izahlı lüğətinin təqdimatı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Baytarlıq fakültəsi, Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Şəlalə Zeynalovanın “Biotəhlükəsizlik və mikrobiologiya” terminləri izahlı lüğəti kitabının təqdimatı keçirilib.

Təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov, Baytarlıq təbabəti fakültəsinin dekanı Famil Nəsibov, bir qrup professor-müəllim və tələbələr heyəti iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində çıxış edən İbrahim Cəfərov kitabın qiymətli mənbə olduğunu diqqətə çatdırıb, müəllifə uğurlar arzulayıb.

Bildirilib ki, ilk dəfə nəşr olunan “Biotəhlükəsizlik və mikrobiologiya” terminləri izahlı lüğətində terminlərin Azərbaycan, rus və ingilis dillərində izahları verilib. Kitab səhiyyə, baytarlıq və biologiya sahəsində çalışan işçilər və tələbələr üçün nəzərdə tutulub.

ƏvvəlkiBayden ABŞ-da fövqəladə vəziyyət elan edib
NövbətiÇinin ilk azərbaycanşünas tələbələrinin diplom işi müdafiəsi keçirilib