“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Gəncədə – Video

Gəncədə YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibəti
ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi icra edilib. Şəhər İcra
Hakimiyyətinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), YAP
Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı və Gəncədən olan millət vəkillərinin
təşəbbüsü ilə həyata keçirilən tədbir “OFFSİDE” futbol kompleksində baş tutub.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AFFA-nın birinci vitse-
prezidenti, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası İcra katibinin
müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Musa Quliyev, Xanlar
Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-dən
çox məktəbli idmançı iştirak ediblər.


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, gənc nəslə və
idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

Layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə
vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq
yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu qeyd edən AFFA-nın birinci
vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev bu günə qədər layihədən 25
mindən çox gəncin yararlandığını qeyd edib. Rauf Əliyev layihənin həyata
keçirilməsində daha bir məqsədin istedadlı futbolçuları tapmaq, onlara dəstək
vermək olduğunu vurğulayıb.

Gəncənin 2019-cu ildə Avropanın İdman şəhəri seçilməsini xatırladan millət vəkili
Naqif Həmzəyev gələn ildə “Açıq əyləncəvi Futbol məktəbləri” layihəsi ilə birlikdə
yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə təkan
verəcəyini qeyd edib.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub.
Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdirib və
qonaqlarla xatirə şəkili çəkdirilib.