Abşeronda ağır qəza, üç nəfər yaralandı

Abşeron rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Höküməli qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Mahmudova Kəmalə Bəxtiyar qızı, 1995-ci il təvəllüdlü Mahmudova Məleykə Babək qızı  və 1958-ci il təvəllüdlü Əhmədov Loğman İsa oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiMalidəki üsyançılar prezident və baş naziri tutublar
Növbəti“Microsoft” korporasiyası “Internet Explorer 11” brauzerinin dəstəyini dayandırır