ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edir.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

“Bu gün biz Ukraynaya öz ərazisini və xalqını müdafiə etmək üçün nəzərdə tutulmuş daha bir təhlükəsizlik yardım paketini elan edirik”, – deyə Blinken əlavə edib.

Onun sözlərinə görə, 200 milyon dollarlıq paketə hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, tank əleyhinə silahlar, əlavə minatəmizləmə avadanlıqları daxildir.

ƏvvəlkiZəngilanın Ağalı kəndinə köçürülən növbəti 22 ailəyə evlərinin açarları təqdim edilib
NövbətiBakıda iki ünvanda mənzildən meyit tapılıb