ABŞ Somalidə terrorçuların mövqelərinə zərbələr endirib

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRİKOM) Somalinin cənubunda “Əş-Şəbab” terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Komandanlığın rəsmi portalında bildirilir.

Məlumatda deyilir: “Hər iki hava zərbəsi Kunyo-Barrou şəhəri yaxınlığındakı mövqelərə endirilib. İlkin qiymətləndirmələr zərbələr nəticədə hər iki hədəfin məhv edildiyini göstərir”.

Qeyd edilir ki, zərbələr nəticəsində dinc əhali arasında ölən və xəsarət alan olmayıb.

Əvvəlkiİtaliyanın Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib
Növbəti“Amfibiya adam” filmində baş rolu canlandıran aktyor vəfat edib