ABŞ prezidentinin köməkçisi:Trampla Lavrovun görüşü mümkündür

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqtona səfərinin gedişatında Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşünün mümkünlüyünü təsdiq edib.

Türk.az xəbər verir ki, bu barədə o, SBC telekanalına bildirib.

“Düşünürəm ki, buna imkan var, bu olacaq. Biz bunun üzərində işləyirik”, – o deyib.

ƏvvəlkiMilli Məclisin deputatı Yevda Abramov vəfat edib
NövbətiSəudiyyə Ərəbistanının 3 hərbçisi Yəmənlə sərhəddə öldürülüb