ABŞ ordusu çoxməqsədli AMPV zirehli maşınlarından yararlanmağa başlayıb

ABŞ ordusu köhnəlmiş “M113” zirehli personal daşıyıcılarını (“Armoured Personnel Carrier M113”) əvəz etməli olan və “BAE Systems” şirkətinin istehsalı olan çoxməqsədli zirehli maşınlarından (AMPV – “Armored Multi-Purpose Vehicle”) yararlanmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni texnikanı ilk olaraq ABŞ ordusunun 3-cü piyada diviziyasının 1-ci zirehli briqadasının döyüş qrupu alıb. Yaxın 20 ildə AMPV-nin ümumi tədarükünün təxminən 3 000 maşın olacağı gözlənilir.

Yeni nəsil döyüş maşınları üzrə inteqrasiya edilmiş qrupun (NGCV CFT – “Next-Generation Combat Vehicles Cross-Functional Team”) direktoru, briqada generalı Ceffri Normanın sözlərinə görə, AMPV “M113” ilə müqayisədə daha davamlı, etibarlı və funksional platformadır və bu, ABŞ-ın zirehli texnikasının imkanlarını genişləndirir.

Qeyd olunur ki, AMPV-nin beş variantı mövcuddur, onlar “yaşamaq” qabiliyyəti, qorunma səviyyəsi, çəkisi, ölçüsü, gücü, soyutma sistemi və qabaqcıl idarəetmə və rabitə sistemlərinə görə fərqlənir.

ƏvvəlkiNASA bəşəriyyətin Aya qayıtması üçün yeni nəsil skafandr təqdim edib
NövbətiNaxçıvanın Dövlət Sosial Müdafiə Fondu muxtar respublikanın ƏƏSMN-inin tabeliyinə verilib