ABŞ neftinin qiyməti sıfıra enib

ABŞ-ın “Light” markalı xam neftinin qiyməti tarixdə ilk dəfə olaraq 100 faiz dəyər itirib.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə 21:56-ya olan məlumata görə, “Light” neftinin bir barrelinə Londonun ICE birjasında 0,01 dollar təklif olunub. Saat 22:10-na olan vəziyyətə görə isə ABŞ nefti artıq mənfi 1,43 dollara alıcı axtarıb.

Həmin vaxt London birjasında Brent markalı neftin bir barreli 25,53 dollardan satılıb.

ƏvvəlkiAzərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
NövbətiNaqif Həmzəyev: Azərbaycan koronavirusla mübarizədə model ölkə kimi nümunə göstərilir